mat qoymaq
matışkə
OBASTAN VİKİ
Qara qutu
Qara qutu (kibernetika) - kibernetikada araşdırılan prosesin, obyektin abstraklaşdırılmış modeli. Qara qutu (nəqliyyat) — təyyarə qəzalarında təyyarənin qəza anını qeyd edən qutu. Qara qutu (siqaret) — tütün məhsulları ilə mübarizə yollarından biri.
Matı (Baltas)
Matı (rus. Мата, başq. Маты) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Nijnekarışev kənd şurasının tərkibindədir. 2010-cu ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndin əhalisi 407 nəfərdir. Kənd, rayon mərkəzindən 23 kilometr, ən yaxın dəmiryolu stansiyasından isə 86 kilometr uzaqlıqdadır. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (98%) üstünlük təşkil edir.
Qara qutu (dəqiqləşdirmə)
Qara qutu (kibernetika) - kibernetikada araşdırılan prosesin, obyektin abstraklaşdırılmış modeli. Qara qutu (nəqliyyat) — təyyarə qəzalarında təyyarənin qəza anını qeyd edən qutu. Qara qutu (siqaret) — tütün məhsulları ilə mübarizə yollarından biri.
Qara qutu (kibernetika)
Qara qutu — dəqiq elmlərdə (kibernetika, sistem texnikası) işləmə mexanizmi çox mürəkkəb olan texniki sistemin halını təsvir etmək üçün tətbiq olunan abstrakt modeldir. Sistemin daxili strukturu bu halda nəzərdən atılır, yalnız onun xarici durumu araşdırılır. Qara qutu müəyyən funksiyaları icra edir, giriş (İnput) və çıxış parametrləri (Output) ilə təsvir olunur. Sistem nəzəriyyəsində qara qutu araşdırılarkən yalnız onun giriş (həyacanlandırma) və çıxış (reaksiya) parametrləri arasındakı əlaqə öyrənilir. Bu parametrlər arasında mövcud olan əlqə xarici təsirlər də nəzərə alınmaqla riyazi üsulların tətbiqi ilə modelləşdirilə bilirlər. Yəni girişinə verilən siqnallara onun reaksiya verməsi bu modellər əsasında qabaqcadan deyilə bilir. Bu üsul maşınqayırmada çoxlu sayda faktorların təsiri altında işləyən texnoloji proseslərin araşdırılmasında geniş tətbiq olunur. Məsələn, torna ilə emalda kəsmə parametrləri ilə (İnput: pəstahın dövrlər sayı, veriş, kəsmə dərinliyi və s.) pəstahda alınan səthin təmizliyi (Output: kələkötürlük, dəqiqlik, forma, sağlamlıq və s.) arasındakı asılılığı kəsmə prosesində səthin əmələgəlmə mexanizmini araşdırmadan riyazi üsullarla modelləşdirmək olur. Burada eksperimentlərin statistik planlanmasından geniş istifadə olunur. Росс Эшби У. Глава 6.
Qara qutu (nəqliyyat)
Qara qutu (ing. Black box) — təyyarə qəzalarında təyyarə parça-parça olsa, dənizin dibinə getsə də, dərhal pilot kabinəsindəki son danışıqları yazan qara qutular axtarılır. Əksəriyyətlə qorxunc qəza xarabalığı arasından sağlam tapılan bu qutular sayəsində qəzanın səbəbləri araşdırılır. Kabinədəki səsləri və uçuş məlumatlarını yazan hər iki qutu da paslanmayan poladdan düzəldilir. En və uzunluqları təqribən 25 santimetr, dərinliyi 12–13 santimetrdir. Qutuların kənar qalınlıqları 6–7 mm-dir. Qutular bundan başqa istiyə və yanğına dözümlü olmaqla birlikdə plastiklə əhatə olunmuş və maye köpüklə də təchiz edilmişdir. Qutular o qədər möhkəmdir ki, dənizə düşmüş bir təyyarənin qutuları 7 il sonra çıxarılıb və yenə də dinlənilmişdir. Əvvəllər qutular qanadların birləşmə nöqtəsinə yaxın bir yerə yerləşdirilirdi. Bu bölgə təyyarənin ən ağır qismi olduğuna görə düşmə anında ağır hissələr qutuların üstünə düşərək zərər verə bilirdi.
Qara qutu (siqaret)
Qara qutu — tütün məhsulları ilə mübarizə yollarından biri. İlk dəfə Avstraliyada tətbiq olunması qərara alınmışdır. Avstraliya parlamentində 2011-ci il avqustun 24-də qəbul olunan qərarın icrasına 1 iyul 2012-ci ildən başlanacaq. Avstraliyadan sonra isə bunu tətbiq etməyə hazırlaşan ikinci ölkə Türkiyədir. "Qara qutu"nun tətbiqində əsas məqsəd tütün məhsullarının cazibəsini azaltmaqla insanlara xəbərdarlıqların sayının artırmaqdır. Nəticə siqaret çəkmə faizinin düşməsinə, tütün istifadəsini azalmasına xidmət edir. Həmçinin siqaret markaları artıq tarixdə qalacaq. Belə ki, artıq siqaret markaları olmayacaq. Onları nömrələr əvəz edəcək. Məsələn, "4" nömrəli siqaret.
Axmaq matı (şahmat)
Axmaq matı – şahmatda ən tez mümkün olan mat növü. 2 gedişə olan bu mata — Axmaq Matı (ing — fool's mate) deyilir. Bu mat növü olduqca ağılsızdır və gerçəkləşməsi üçün iki tərəfdən birinin çox pis gedişlər etməsi gərəkdir. Onun üçün də belə bir ad verilmişdir. Hətta yeni başlayan həvəskar oyunçular arasında belə bu cür mata demək olar ki, rast gəlinmir. Axmaq matının olması üçün gedişlər aşağıda göstərilmişdir. 1. f3 e5 2. g4 Qh4 # Bu mat üçün ağların öncə f piyadasını bir, ya da iki dama irəli oynaması gərəkdir. Qaralar daha sonra e piyadasını irəli oynayıb vəzirin yolunu açmalıdır.
Novıye Matı (Bakalı)
Novıye Matı (başq. Яңы Маты, rus. Новые Маты) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Starıe Matı kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Bakalı): 21 km, ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 95 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə kryaşlar (62 %) üstünlük təşkil edir.
Petrovka (Starıe Matı)
Petrovka (başq. Петровка, rus. Петровка) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Starıe Matı kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Bakalı): 26 km, kənd sovetliyindən (Starıe Matı): 5 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 100 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə kryaşenlər (90 %) üstünlük təşkil edir.
Starıe Matı (Bakalı)
Starıe Matı (başq. Иҫке Маты, rus. Старые Маты) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Starıe Matı kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Bakalı): 13 km, ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 89 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (32 %) üstünlük təşkil edir.

Значение слова в других словарях